Azərbaycanda daha 33 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Yanvarın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Yenicag.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 147 min 400 manat olan 33 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaqimkanı yaradılır.












