Azərbaycanda daha 3712 yoluxma - 35 nəfər vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib, aktiv xəstə sayı 38 591 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 402, ötən müddət ərzində isə ümumilikdə 1 682 234 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600