Azərbaycanda DƏHŞƏT: Qonşular arasında dava düşdü - Yaralılar var

media-hightechnic-468x90

Şəmkirdə kütləvi dava olub.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisənin səbəbləri araşdırılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub və dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05