18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Yenicag.az xəbər verir ki, Audiovizual Şuranın müvafiq qərarları ilə “ABC-Telecom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: “Kontakt TV”) lisenziyaları verilib. Bundan başqa, “SƏSTV” MMC-yə (televiziya redaksiyasının adı: “Səs TV”) və “Biznes TV” MMC-yə (televiziya redaksiyasının adı: “Biznes TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, beş sifarişli yayım xidməti provayderi, iki multipleks operatoru, 53 platforma operatoru mövcuddur.
www.yenicag.az