İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu

media-hightechnic-468x90

İsrail Prezidenti İsxak Hersoqun göyərtəsində olduğu helikopter “Sarsılmaz qaya” əməliyyatında həlak olanların xatirəsinə həsr olunmuş dövlət mərasimindən qayıdarkən qəza enişi etmək məcburiyyətində qalıb.

media-banner_tkm

Yenicag.az bu barədə “Ynet” portalına istinadən xəbər verir.

Hadisə helikopterin quşlarla toqquşmasından sonra baş verib. Helikopter İsrail Müdafiə Ordusunun (SAXAL) bazasına eniş edib, bundan sonra o, texniki yoxlamaya göndərilib. Prezident digər helikopterə əyləşərək planlaşdırılmış səfərini – həlak olmuş hərbi qulluqçunun ailəsinə baş çəkmək missiyasını davam etdirib.

“Xəsarət alan yoxdur, hər hansı zədələnmə qeydə alınmayıb. Standart prosedura uyğun olaraq, uçuş heyəti digər helikopterə keçirilib və uçuşu davam etdirib. Helikopter növbəti yoxlama və ən qısa zamanda yenidən xidmətə qaytarılması üçün Hərbi Hava Qüvvələrinin texniki xidmətinə təhvil verilib. Hadisənin təfərrüatı araşdırılır”, – deyə ordudan bəyan edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05