!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda əhalinin yaşlanması sürətləndi

!Reklam – Yazi

Əmək qabiliyyətli yaşda olan əhali sayının artımı ilə müqayisədə yaşlanma daha sürətlə baş verir.

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Qeyd edilir ki, pensiya təminatı sisteminin qiymətləndirilməsində nəzərə alınması zəruri hesab edilən göstəricilərdən biri də yaşlılıq asılılığı əmsalıdır (old age dependency ratio).

Bu göstərici iqtisadi cəhətdən qeyri-fəal yaşda (65 yaş və yuxarı) olan insanların sayının əmək qabiliyyətli yaşda (15-64 yaş) olan insanların sayına nisbəti kimi müəyyən edilir.

2021-ci ilin 01 yanvar tarixinə əmək qabiliyyətli yaşda olan hər 100 nəfərə 10,7 65 yaşdan yuxarı yaşda şəxs düşdüyü halda, 2022-ci ilin müvafiq dövründə bu göstərici 11,3 olmuşdur ki, bu dinamika ölkədə əmək qabiliyyətli yaşda olan əhali sayının artımı ilə müqayisədə yaşlanmanın daha sürətlə baş verdiyini əks etdirir.

Qeyd edək ki, 2020-ci ildə 65 yaşdan yuxarı əhalinin ümumi əhalinin 7,2%-ni təşkil etdiyi halda 2021-ci ildə bu göstərici 0,2 faiz bəndi artaraq 7,4% olub.

65 yaşdan yuxarı əhalinin ümumi pensiyaçı sayına nisbəti kimi müəyyən edilən münasiblik əmsalı 2020-ci ilə müqayisədə 2021-ci ildə 5 faiz bəndi artaraq 66,6% olmuşdur ki, bu artım ölkədə yaşlanmanının baş verdiyini əks etdirir.

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv