Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA

media-hightechnic-468x90

Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox Daşkəsən rayonunda, ən az isə Cəlilabadda qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb.

Onlardan 6673-ü Bakıda, 969-u Naxçıvan Muxtar Respublikasında, 1945-i Abşeron-Xızı iqtisadi rayonunad, 549-u Dağlıq Şirvan iqtisadi rayonda qeydə alınıb.

Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə cəmi 1540, Qarabağ iqtisadi rayonu üzrə 1591, Qazax-Tovuz iqisadi rayonu üzrə cəmi 1243, Quba-Xaçmaz iqtisadi rayonunda 943, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 1375 nikah pozulub.

Bundan başqa, 1452 boşanma hadisəsi Mərkəzi Aran iqtisadi rayonunda, 843-ü Mil-Muğan iqtisadi rayonunda, 977-i Şəki-Zaqatala iqtisadi rayonunda, 766-ı Şərqi Zəngəzur iqtisadi rayonunda, 968-i Şirvan-Salyan iqtisadi rayonunda olub.

Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayına görə Bakının rayonları arasında ən çox boşanma Yasamalda (4),ən az Pirallahıda (1,8) qeydə alınıb.

Regionlara gəlincə, ən çox boşanma halları Daşkəsən (3,2) və Mingəçevirdə (3,1) qeydə alınıb.

Ən az nikah pozulma halları isə Yardımlı, Qax( 1,2), Lerik (1,1) və Cəlilabadda (1) olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600