!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hüquqi yardım problemi: 10 milyonluq ölkəyə neçə vəkil lazımdır?

!Reklam – Yazi

“Bu gün Vəkillər Kollegiyası hər bir rayonda vəkil bürolarının fəaliyyət göstərməsinə çalışır”.

Hazırda Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 1 700 civarında olsa da, bu il onların sayının 2 000-ə çatdırılması gözlənilir. Maraqlıdır, vəkillərin sayının artırılması ölkədə vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinə necə təsir göstərəcək?

Bu barədə Yenicag.az-a danışan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, vətəndaşların daha rahat şəkildə hüquqi yardım alması fonunda vəkillərin sayının artırılması təqdirəlayiqdir:

“Vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, təmin olunmasında vəkillik institutunun rolu danılmazdır. Hüquqi yardım almaq hər kəs üçün əlçatan olmalıdır. Heç bir vətəndaş vəkil axtararkən, çətinlik çəkməməlidir.

Vəkillərin sayının durmadan artırılması, mütəmadi imtahanların təşkil olunması çox təqdirəlayiq haldır. Daha sivil vətəndaş cəmiyyətinin qurulması üçün insan hüquqlarının aliliyi ən vacib məsələdir. Vəkillər bu işdə dövlət və cəmiyyət arasında körpü rolunu oynayırlar”.

Roman Qaraşovun fikrincə, 10 milyon əhalisi olan ölkə üçün 2 000 vəkilin olması qənaətbəxşdir:

“Paytaxtda yetərli sayda vəkil fəaliyyət göstərməkdədir. Lakin regionlarda hələ də bu problem qalmaqdadır. Bu gün Vəkillər Kollegiyası çalışır ki, hər bir rayonda vəkil büroları fəaliyyət göstərsin.

Ucqar bir kənddə yaşayan vətəndaş bir ərizə yazdırmaq üçün Bakıya gəlmək məcburiyyətində qalmamalıdır, onun hüquqi problemi öz rayonunda həllini tapmalıdır.

Vəkillik biznes, sahibkarlıq fəaliyyəti olmamaqla yanaşı, yüksək gəlirli sahə də deyil, onlar dövlətdən bu işi yerinə yetirdiklərinə görə əmək haqqı almırlar. Ümid edirəm ki, sadə vətəndaşın, sahibkarın, hüququ pozulan vəzifəli şəxsin haqq səsinin carçısı olan vəkillərin sayının artması nəticəsində hüquqi yardımın həyata keçirilməsi daha da təkmilləşəcək”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1700
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv