!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olundu

!Reklam – Yazi

Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı “Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamında qeyd olunub.

Sərəncama əsasən, Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.

Qeyd edək ki, G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2011-2017-ci illərdə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-2018 Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2021-ci ildən Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-2018-ci illərdə Naxçıvan Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2021-ci ildən isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

 

COP29

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv