Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırılır

media-hightechnic-468x90

2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, iclasda vəkillik fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05