2016-cı ildə Gədəbəy qızıl-filiz yatağında 2102 kq qızıl, 5309 kq gümüş, 1941 kq mis istehsal olunub.
Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
2016-cı ildə Gədəbəy Kontrakt Sahəsində qiymətli metalla zəngin yeni “Qədir” və “Uğur” sahələri aşkar edilib, “Qədir” sahəsinin yeraltı üsulla istismarına başlanılıb, “Uğur” sahəsi isə istismara hazırlanır.
“AzerGold” QSC tərəfindən mədən və yataqlarla bağlı görüləcək işlərin plan və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiya planı hazırlanıb. Bu strategiyanın tərkib hissəsi kimi 2017-ci il üçün Çovdar qızıl mədənində qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286 kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.
“Sonrakı illərdə QSC digər filiz mədənlərinin (Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.
Yeniçağ.Az
www.yenicag.az