Azərbaycanda IV Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

media-hightechnic-468x90

8e76470b6112cd1a698a2afd1f4540aa (3)Bu gün Azərbaycan paytaxtında IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət nümayəndə heyətləri iştirak edir.

Forumda Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbriki oxunacaq. BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edəcəklər. Daha sonra panellər təşkil ediləcək. Panellərdə Estoniyanın keçmiş prezidenti Arnel Rütel, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Litvanın sabiq dövlət başçısı Vitautas Landsbergis, İtaliyanın keçmiş baş naziri Enriko Letta çıxış edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600