Azərbaycanda kişi gəlini və nəvəsini baltaladı

media-hightechnic-468x90

Sumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsinə balta ilə xəsarət yetirib.

1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov gəlini – 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə xəsarətlər yetirib.

Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  Yenicag.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600