Azərbaycanda koronavirusa təkrar yoluxma qeydə alınıb?

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir. 

Yenicag.az xəbər verir ki, brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov jurnalistin müvafiq sualına cavab olaraq bildirib ki, Azərbaycanda bugünədək koronavirusa təkrar yoluxma qeydə alınmayıb.

N.Zeynalov dünya təcrübəsində təkrar yoluxmaların isə laboratoriyalarda baş verən qüsurlar səbəbindən qeydə alındığını diqqətə çatdırıb.