!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının SƏBƏBLƏRİ

!Reklam – Yazi

Azərbaycanda COVID-19-dan ölüm hallarının artımında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarəolunmaması, özünümüalicənin aparılmasıdır.

Yenicag.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son həftələrdə xəstəliyə yoluxma sayında xoşagəlməyən artım müşahidə edilir.

Bunun da müxtəlif səbəbləri var: “İnsanlar müharibə zamanı karantin qaydalarına əməl etməyərək sevinc və kədəri birgə qeyd etdi. Bu da yoluxmanın artmasına səbəb oldu. Digər tərəfdən, özünümüalicə də biz azərbaycanlılar üçün xasdır və insanlar buna daha çox üstünlük verirlər. Xəstələr 1 həftə-10 gün özlərini müalicə edirlər. Bu müalicə antibiotiklərdən ibarət olur. Kimsə antibiotiklərdən istifadə edib yaxşılaşıbsa, digəri də onu içib müalicə olunmağa çalışır. İnsanlar xəstəliyin əlamətləri müşahidə edilməyə başlayan kimi güclü antibiotiklərdən istifadə edirlər. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur. Amma orqanizmlər fərdi olduğundan respirator xəstəlikləri eyni qaydada müalicə edə bilmərik. Biz tövsiyə edərdik ki, hamı evindəki ehtiyat dərman qutusuna antibiotikləri əlavə etməsin. Qonşu, iş yoldaşı istifadə edib – deyə ondan istifadə etməyək. Müalicə həkim nəzarəti altında olmalıdır”.

www.yenicag.az

1115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv