!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda koronavirusla mübarizədə həlledici amil qabaqlayıcı addımların vaxtında atılması oldu” – Partiya sədri

!Reklam – Yazi

“Məhz görülmüş tədbirlər sayəsində Azərbaycanda əhalinin ümumi say nisbəti ilə müqayisədə yoluxma və ölüm hallarının səviyyəsi çox aşağıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə fonunda qəbul olunan qərarlar və tətbiq olunan qaydaların sabitləşdirici təsirlərini şərh edən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan mübarizəyə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsi ardıcıllıqla davam etdirilir. Bu çərçivədə avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.

Prezident İlham Əliyev qeyd olunan hospitalın açılışında videoformatda iştirak edib və Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi müsbət nəticələri yüksək qiymətləndirib. Dövlət başçısı ölkədə infeksiyanın aradan qaldırılması üçün atılan bütün zəruri addımların səmərəli olduğunu diqqətə çatdırıb.

Koronavirusla mübarizə istiqamətində görülən tədbirləri dəyərləndirən Rafiq Turabxanoğlu bu addımların gözlənilən səviyyədə müsbət nəticə verdiyini bildirib:

“Tarix boyu koronavius pandemiyası kimi bəşəriyyətə ağır zərbələr vuran çox sayda fəlakətlər baş verib. Demək olar ki, hər 20-30 ildən bir müəyyən miqyasda analoji hallar yaşanır.

Sadəcə, hazırda informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində insanlar arasında xəbərləşmə və ünsiyyət imkanları daha genişdir. Bu baxımdan, COVİD-19-la mübarizədə dünya ölkələrinin təcrübəsi haqda anında məlumat ala və onu Azərbaycanda həyata keçirilən zəruri tədbirlərlə müqayisə edə bilirik.

Açıq etiraf olunmalıdır ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində çiddi uğurlar qazanıb. Mən bu müsbət nəticəni ilk növbədə qabaqlayıcı addımların vaxtında atılması ilə əlaqələndirirəm.

Məhz o tədbirlər sayəsində Azərbaycanda əhalinin ümumi say nisbəti ilə müqayisədə yoluxma və ölüm hallarının səviyyəsi çox aşağıdır. Hətta inkişaf etmiş ölkələrə baxdıqda belə görürük ki, həmin dövlətlər koronavirusla mübarizədə nə qədər çətinliklərlə üzləşirlər.

Onu da nəzərə almalıyıq ki, hökumət infeksiyanın yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı addımlarla kifayətlənmir. Bu şəraitdə əhalinin sosial vəziyyətinin pisləşməməsi üçün də ciddi qərarlar qəbul olunur. Eyni zamanda, infeksiya ilə mübarizədə effektivliyin artırılması üçün xarici ölkələrdən çox sayda həkim-mütəxəssislər dəvət olunur.

Əlbəttə ki, hökumətin bu fəaliyyəti alqışlanmalıdır. Əhali də əldə olunan bu müsbət nəticələrin genişlənməsi üçün məsuliyyətli davranmalı, qaydalara maksimum riayət etməlidir”.

Qeyd edək ki, Azərbaycanda koronavirusla mübarizə çərçivəsində 600 yerlik Yeni Klinika və 4100 çarpayılıq modul tipli 11 xəstəxana inşa edilərək istifadəyə verilib. Eyni zamanda, 45 müasir laboratoriya yaradılıb və 900 mindən çox test keçirilib.

Gülşən Şərif

www.yenicag.az

2541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv