Azərbaycanda müəllim qadın direktoru döydü

media-hightechnic-468x90

Bərdədə məktəb direktoru müəllim tərəfindən döyülüb.

Hadisə bir neçə gün əvvəl Bərdə şəhər 4 saylı orta məktəbdə baş verib. Həmin orta məktəbdə müəllimlərdən biri aralarında yaranmış mübahisə zamanı qadın direktoru döyüb.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Bərdə rayonunda orta məktəb direktorunun həmin məktəbin müəllimi tərəfindən döyülməsi ilə bağlı rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600