Azərbaycanda orta illik inflyasiyanın azalacağı proqnozlaşdırılır

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi baza ssenaridə orta illik inflyasiyanın 2025-ci ildə 4,6 %, 2028-ci ildə isə 3,8 % olacağını proqnozlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən inflyasiya ilə bağlı baza ssenari beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək hazırlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600