Azərbaycanda özəl sektorun investisiya qoyuluşu 11 faiz artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektorun investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % artaraq 3 082 milyon manat təşkil edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrdə yüksək dinamika müşahidə olunur”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,2 % çox vəsait yönəldilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05