Azərbaycanda polis QƏZAYA DÜŞDÜ

media-hightechnic-468x90

Cəlilabad Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev yol qəzasına düşüb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, T.Atakişiyev dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda “VAZ-21214” markalı şəxsi avtomobili ilə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq yol kənarına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından polis əməkdaşının vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə təxliyə edildiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600