!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qadınlar da əsgər gedəcək? – Polkovnikdən açıqlama

!Reklam – Yazi

Bəzi xarici ölkələrdə kişilərlə yanaşı qadınlar da ordu sıralarına qatılıb hərbi xidmət keçirlər. Azərbaycanda isə qadınların hərbi sahədə iştirakı sadəcə arxa cəbhədəki fəaliyyətləri ilə məhdudlaşır. Maraqlıdır, nə vaxtsa, qadınlar da ordu sıralarımıza qoşula bilərmi? 

 

Məsələ ilə bağlı “Yeni Sabah”a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov açıqlama verib. O bildirib ki, əvvəllər bu təcrübədən istifadə edilib:

“Mən qadınların əsgər getməsi məsələsinə normal yanaşıram. Çünki bizim elə qızlarımız, xanımlarımız var ki, bəzi kişilərdən daha cəsur və qeyrətlidirlər. Niyə həvəs göstərdikləri sahədə özlərini realizə etmək üçün onlara şərait yaradılmasın? 1990-cı illərin əvvəllərində, Azərbaycan müstəqil olandan sonra xanımlar da hərbi məktəblərə qəbul olunurdu. Bir sıra xoşagəlməz hadisələr və uyğunsuz davranışlar baş verəndən sonra qərar verildi ki, hərbi sahədə qadın məsələsi yığışdırılsın. Burada o qədər sahələr var ki, tibb, təhsil və s. sahələrdə qadınlar xidmət keçə bilərlər. Hətta bu məsələni başqa müsahibələrimdə də bildirmişəm ki, qadınlar hərbi xidmətdə olanda kişilər özlərini yığışdırırlar. Məlumdur ki, kişilər hərbi xidmət zamanı bir yerə toplaşanda bəzən söyüşlə danışa, artıq-əskik hərəkət edə bilirlər. Ancaq o yerdə xanım varsa, mentalitetə uyğun olaraq kişilər daha mədəni davranırlar. Mən xanımların hərbi xidmətdə yer almasının tərəfdarıyam. Lakin bu məsələ məcburi olmamalıdır. İsrail, Ukrayna və digər ölkələrdəki kimi olmasa da, hərbi xidmət keçib, ordu sıralarına qatıla bilərlər”.

Hərbi ekspert aidiyyatı qurumların həmin məsələ ilə bağlı qanun layihəsi hazırlamasını təklif edib:

“Biz hər nə qədər bərabərlik, azadlıq desək də, bir o qədər də gender bərabərliyini pozuruq. Çünki bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən dərəcədə işlər görməli, dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlayıb təklif etməlidirlər. Ancaq bu sahədə vəzifədə olanlar heç bir təşəbbüs irəli sürmürlər, məsələ ilə maraqlanmaq istəmirlər. Halbuki, hesabatlarına baxanda adam az qala 3 dəfə onların qabağında baş əymək istəyir. Bu səbəbdən düşünürəm ki, oxşar məsələ və problemləri aidiyyatı qurumlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə həll edə bilərlər”.

COP29

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv