Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az-ın məlumatına görə, oktyabrın 29-da qızılın qiyməti oktyabrın 26-ı ilə müqayisədə 20,281 manat azalaraq 1 unsiya üçün 2536,128 manat təşkil edib.
Gümüş 0,3437 manat ucuzlaşaraq 1 unsiya üçün 30,2878 manata bərabər olub.
Platinin qiyməti 18,513 manat azalaraq 1553,307 manat, palladiumun qiyməti 39,4485 manat artaraq 3060,4335 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.