Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, oktyabrın 26-da qızılın qiyməti oktyabrın 23-ü ilə müqayisədə 14,943 manat (0,46 faiz) azalaraq 1 unsiya üçün 3 225,682 manat təşkil edib.

Gümüş 0,6066 manat (1,45 faiz) ucuzlaşaraq 1 unsiya üçün 41,3246 manata bərabər olub.

Platinin qiyməti 4,522 manat (0,3 faiz) artaraq 1 515,652 manat, palladiumun qiyməti 27,3275 manat (0,67 faiz) azalaraq 4 045,439 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 41,293 manat (1,3 faiz) bahalaşıb, gümüş 1,771 manat (4,5 faiz) bahalaşıb, platin 48,433 manat (3,3 faiz) bahalaşıb, palladium 239,581 manat (6,3 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 670,4375 manat (26,2 faiz) bahalaşıb, gümüş 10,9724 manat (36,2 faiz) bahalaşıb, platin 59,9675 manat (3,8 faiz) ucuzlaşıb, palladium 1 010,548 manat (33,3 faiz) bahalaşıb.

COP29