Azərbaycanda şagirdlər arasında "Hepatit A" virusu YAYILDI - NAZİRLİKDƏN AÇIQLAMA/YENİLƏNDİ

media-hightechnic-468x90

Səhiyyə Nazirliyi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb:

“Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib”.

***

17:04

Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb.

Yenicag.az xəbər verir ki, son bir həftə ərzində şəhərin əsasən Tərəvəzçilik yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 5 nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600