!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sənaye istehsalı 1,5% artıb

!Reklam – Yazi

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1%, neft sektorunda isə 0,4% artıb.

Sənaye məhsulunun 73%-i mədənçıxarma sektorunda, 22,2%-i emal sektorunda, 4,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 5,8% artıb, neft hasilatı isə ötən ilin səviyyəsində qalıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,0 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 82,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4%, tikinti materiallarının istehsalı 26,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 14%, içkilərin istehsalı 12,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5%, kimya sənayesi məhsullarının istehsalı 1,4%, kağız və karton istehsalı 0,5% artıb, kompüter, elektron və optik məhsulların istehsalı 2,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,7%, əczaçılıq məhsullarının istehsalı 15,1%, maşın və avadanlıqların istehsalı 19,1%, hazır metal məmulatlarının istehsalı 27,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7% artıb..

www.yenicag.az

4276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv