!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxıldı

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş bir qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, tədavülə buraxılan yenilənmiş bir qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

Yenilənmiş bir qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş bir qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv