Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub - FOTOLAR

media-hightechnic-468x90

Mayın 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə müvafiq dövlət orqanlarının və özəl şirkət rəhbərlərinin iştirakı ilə tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsi keyfiyyətinin artırılması, habelə bu sektorda fəaliyyət göstərən sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə platformanın yaradılması məsələlərinə həsr olunmuş tədbir keçirilib.Yenicag.az xəbər verir ki, açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, qanunvericiliyin tələbləri və normativlər, Komitə tərəfindən yaradılmış “e-tikinti” elektron icazə portalı üzərindən işlərin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin inşasına və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.

media-banner_tuq

Müzakirələrin yekununda qeyd olunan istiqamətlər üzrə məsələlərin operativ həll edilməsi məqsədilə dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin müntəzəm keçirilməsi barədə razılıq əldə olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05