Azərbaycanda yeni medal təsis edildi
Milli Məclisdə yeni medalın təsis edilməsi müzakirəyə çıxarılıb.
Yenicag.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında deputatlar “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib./unikal