Azərbaycandan növbəti medal
Bu gün Avropa Oyunlarında triatlon yarışlarına da yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, Bilgəh Çimərliyində baş tutacaq yarışda kişi idmançılar mübarizə aparacaqlar.
Saat 12:30-da start götürəcək oyunlarda Azərbaycanı Rostislav Pevstov və Aleksandr Yatçenko təmsil edəcək.
***
Yarışların yekunu üzrə təmsilçimiz Aleksandr Yatçenko üçüncü yeri tutub. Yunanıstanlı James Xronis 1-ci, norveçli İden Qustav isə 2-ci olub. Beləliklə, Azərbaycan Avropa Oyunlarında daha bir medal qazanıb.