Azərbaycanın bank sektorunun aktivləri artdı – RƏQƏMLƏR

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 47 milyard 054,9 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,3 % çoxdur.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 23,7 % artaraq 41 milyard 432,8 milyon manata, balans kapitalı isə 13,1 % artaraq 5 milyard 622,1 milyon manata çatıb.