“Unibank” ilə zəif mənfəətlə başladı: 61 faizlik geriləmə

media-hightechnic-468x90

“Unibank” 2025-ci ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bank hesabat dövrünü 2 milyon 800 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 61,87% azdır. Xatırladaq ki, 2024-cü ilin birinci rübündə bankın xalis mənfəəti 7 milyon 344 min manat təşkil etmişdi.

Bu rübdə bank 785 min manat mənfəət vergisi ödəyib. Halbuki ötən ilin ilk rübündə bu istiqamətdə heç bir vergi ödənişi həyata keçirilməyib.

Hesabat dövründə faiz gəlirləri 2 milyon 19 min manat və ya 3,6% artaraq 58 milyon 26 min manat olub. Artım banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirlərində müşahidə olunub – bu gəlir 109 min manat artaraq 123 min manat təşkil edib. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə 2 milyon 495 min manat artaraq 55 milyon 615 min manat olub.

Faiz borcları üzrə yaradılan məqsədli ehtiyatlar 891 min manatdan 1 milyon 750 min manata yüksəlib.

“Unibank”ın faiz xərcləri 15,13% artaraq 22 milyon 75 min manata çatıb. Bu artım əsasən cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (3 milyon 895 min manat) ilə bağlıdır. Qeyd edək ki, bu dövrdə bank Mərkəzi Bank və Dövlət Fondları qarşısında faiz xərci ödənişi etməyib.

Bankın xalis faiz gəliri 4,84% azalaraq 34 milyon 200 min manata düşüb.

Bankın qeyri-faiz gəlirləri 27 milyon 219 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 823 min manat artım deməkdir. Artım əsasən komissiya gəlirləri və valyuta əməliyyatlarından əldə edilən gəlirlər hesabına baş verib.

Bununla belə, qeyri-faiz xərcləri 49 milyon 458 min manata qədər artaraq 5 milyon 456 min manatlıq artım göstərib. Xərclərin artması bankın əməliyyat mənfəətini ciddi şəkildə azaldıb.

Nəticədə “Unibank”ın mənfəət vergisindən əvvəlki mənfəəti 3 milyon 585 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,18% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 7 milyon 344 min manat təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600