ƏSF-nin 2023-cü ildə nə qədər kompensasiya ödəyib?

media-hightechnic-468x90

2023-cü ildə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) əmanətçilərə 230,136 milyon manat kompensasiya ödəyib.

Yenicag.az ƏSF-nin KPMG beynəlxalq auditor şirkəti tərəfindən audit olunan maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8 dəfə çoxdur.

Bundan başqa, 2023-cü ildə Fondun sığorta haqlarından gəlirləri 76,44 milyon manat (2022-ci ilə nisbətən 18,9 % çox), faiz gəlirləri 6,63 milyon manat (2,1 dəfə çox), əmanətçilərə ödənilmiş kompensasiyaların geri qaytarılmasından gəlirləri 94,558 milyon manat (2,1 dəfə çox), inzibati və sair əməliyyat xərcləri 6,29 milyon manat (6,7 % çox), maliyyə aktivləri üzrə gözlənilən kredit zərəri 2,87 milyon manat (2,9 dəfə çox), məzənnə fərqindən gəlirləri 189 min manat (əvvəlki il zərər olub), faiz xərcləri 404 min manat (8 % az), sair gəlirləri isə 1,516 milyon manat (56,4 % az) təşkil edib.

Son nəticədə ƏSF 2023-cü ili 70,37 milyon manat zərərlə başa vurub. Fond 2022-ci ildən 107,14 milyon manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Günay Bank” ASC-nin, oktyabr ayında isə “Muğan Bank” ASC-nin lisenziyalarını ləğv edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarları ilə hər iki bank müflis elan olunub, onların barəsində iflas proseduruna başlanılıb və ƏSF bankların ləğvedicisi təyin edilib. Fondun “Günay Bank” üzrə təxminən 35 milyon manat, “Muğan Bank” üzrə isə təxminən 205 milyon manat – ümumilikdə 240 milyon manat kompenasiya öhdəliyi olub və bunun böyük hissəsi icra edilib. Kompensasiya ödənişinin kəskin artması bununla bağlıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600