Azərbaycanın bəzi bölgələrinə leysan yağıb

media-hightechnic-468x90

7e2cac3384cb3d7df11c86e368d19912Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, mayın 12-si gün ərzində və mayın 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və lokal leysan xarakterli olub. Ən çox yağıntı isə Böyük və Kiçik Qafqazın ərazilərində, Ordubad ərazisinə düşüb.

Bakı və Abşeron yarımadasında da qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunub. Ələt, Bakı, Maştağa, Binə, Sumqayıt daxil olmaqla paytaxtın əksər ərazilərində yağıntı qeydə alınıb.

Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu norma daxilində tərəddüd edir. Qeyri-sabit hava şəraitinin mayın 15-i gündüzədək davam etməsi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600