!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın BMT baş katibinə ünvanladığı məktub rəsmi sənəd kimi yayıldı

!Reklam – Yazi

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”lə bağlı BMT baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva “Twitter”də bildirib.

Sənəddə qondarma “seçkilər”in məhz mart ayının 31-nə təyin olunmasının təsadüfi olmadığı vurğulanıb.

“Təsadüfi deyil ki, bu “seçkilər” martın 31-də – Azərbaycanlıların Soyqırımı Günündə – 1918-ci ildə ermənilərin törətdikləri cinayətlər nəticəsində öldürülən minlərlə mülki şəxsin xatirəsinin Azərbaycanda anıldığı gündə baş tutdu. Şübhəsiz ki, bu cür göstərişli və kinli hərəkət inamsızlığı dərinləşdirməkdən və onsuz da əldə olunması çətin olan sülh və barışıq perspektivlərini məhdudlaşdırmaqdan başqa bir işə yaramayacaq.

Dünyanın hər bir nöqtəsində koronavirus pandemiyasının sürətlə yayılmasına baxmayaraq, bu “seçkilər” keçirildi və bunun nəticəsi olaraq, bu “seçkilər”dən dərhal sonra Azərbaycanın işğal altındakı torpaqlarında ilk koronavirusa yoluxma halları barədə məlumat verildi”, – deyə sənəddə bildirilib.

Qeyd olunub ki, Ermənistan XİN-in bu “seçkilər”lə bağlı yaydığı bəyanat Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan tərəfindən bu “seçkilər”in səhnələşdirilməsinin digər bir sübutudur və bu addımın məqsədi oyuncaq rejimə qanuni görünüş vermək məqsədi daşıyıb, lakin bu cəhd uğursuz olub: “Bu “seçkilər” tamamilə qanunsuz bir mühitdə keçib. Bu qanunsuzluq davam edən hərbi işğaldan, Azərbaycan torpaqlarında aparılan etnik təmizləmədən, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn prinsip və normalarını açıq şəkildə pozmaqdan qaynaqlanır. Beynəlxalq ictimaiyyət qondarma “seçkilər”i rədd edərək və etibarsız sayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində meydana çıxmış situasiyanın kollektiv şəkildə tanımamaqla ardıcıl və prinsipial mövqeyini bir daha təsdiqləmiş oldu”.

Sənəddə Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımayan dövlətlər və beynəlxalq təşkilatların adları qeyd olunub.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv