!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın Dostları Assosiasiyası”nın başçısı olan FETÖ-cu Kamal Öksüz  Ermənistanda yaxalandı

!Reklam – Yazi

Ermənistanın hüquq-mühafizə orqanları Türkiyə vətəndaşı və ABŞ ədliyyəsindən qaçıb gizlənən Kevin (Kamal) Öksüzü saxlayıblar. Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, Ermənistan Polisinin mətbuat xidməti Öksüzün bu ölkədə məskunlaşdığını və MMC təsis etdiyini bildirib.

Öksüzün barəsində beynəlxalq axtarış avqustun 23-də elan edilib. ABŞ hüquq-mühafizə orqanları onu Konqresin etika palatasına saxta bəyannamə təqdm etməkdə və sənədləri saxtalaşdırmaqda ittiham edir. Öksüzün barəsində beynəlxalq axtarış elan ediləndən bir gün sonra o, Ermənistan hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Yenicag.az xəbər verir ki, Kamal Öksüz Fətullah Gülənə bağlı FETÖ terror təşkilatının əsas üzvlərindən birirdir və bir neçə il əvvələ qədər Hyustonda “Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edirdi.  Habelə o, Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara da başçılıq edib.

Öksüz Texasda mənzillənmiş Texasda yerləşən “TDM Contracting” şirkətinin də sahibi olub. Həmin şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

2013-cü ildə Öksüz bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etmişdi. Həmin səfərlərə görə qalmaqal yarandı və Konqresin etika komissiyası konqresmenlərin barəsində araşdırma başlatdı və bundan sonra o, ABŞ-dan qaçdı.

Bu şəxs Türkiyədə 15 iyul çevrilişə cəhdin kilid ismi Adil Öksüzün yaxın qohumudur.

Qeyd edək ki, hələ ötən il Yenicag.az “Amerikada “xristianlaşan” FETÖ-çular: Kemal necə “Kevin” oldu?” sərlövhəli yazıda bu şəxsin fəaliyyətinə geniş şəkildə toxunmuşdu.

Həmin yazının Kamal Öksüzə aid hissələrini sizə təqdim edirik:

– Qeyd olunur ki, 15 iyul uğursuz çevriliş cəhdində əsas fiqur kimi tanınan Adil Öksüzün qohumu olduğu bildirilən və FETÖ-nun ABŞ-dakı fəaliyyətini əlaqələndirən Kemal Öksüz adını dəyişərək “Kevin” edib. Onun qardaşı, Pensilvaniya ştatındakı kollec və məktəblərin fəaliyyətinə nəzarət edən Adem Öksüz isə özünə “Adam” adını seçib. O cümlədən, Gülənin fəxri sədri olduğu, fövqəladə vəziyyət haqqında qərarla bağlanan Qəzetçilər və Yazarlar Vəqfinin (GYV) rəhbəri, Manolya Elmlər Akademiyasının prezidenti Hüseyin Hurmalı da dəstədən geri qalmayaraq, özünə “Cozef” adını götürüb.

– Kamal Öksüzlə bağlı onu da qeyd edək ki, bu şəxs Azərbaycanın ABŞ-da lobbi üçün ayrılan pullarını mənimsəmək məsələsində də ön plandadır. Belə ki, onun rəhbərliyində təmsil olunduğu Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Bundan başqa qurum özünə bağlı dərnəklər vasitəsi ilə Azərbaycan kimi ABŞ-da lobbi fəaliyyəti qurmaq istəyən ölkələrin pullarını yeməklə də məşhurdur. Belə ki, bir sıra varlı azərbaycanlının ABŞ-da keçirdiyi təntənəli mərasimlərin bəzəyi olan senator və millət vəkilləri Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilat tərəfindən pul ilə gətiriliblər. Fətullahçı Kamal Öksüz bu təşkilatla yanaşı Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur. Təşkilatın xəzinədarı Rauf Məmmədovdur(Qaynaq: http://www.azadliq.org/content/article/25408935.html). O da qeyd olunur ki, Türkiyə əleyhinə bəyanatı konqresmenlərə imzaladan Turkish American Alliance-nin üzvü olan Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

COP29

www.yenicag.az

6166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv