Azərbaycanın FIFA referisi AÇ-nin yarımfinal oyununa təyinat aldı
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Yenicag.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə – Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq.
İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya – İngiltərə (1:3), Gürcüstan – Portuqaliya (0:4) matçlarını idarə edib, Almaniya – İtaliya görüşündə (3:2) isə dördüncü hakim olub.