Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

media-hightechnic-468x90

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yenicah.az xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyası məlumat yayıb.

O, bu uğura ABŞ-nin Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançımız qısa və sərbəst proqramda 233.31 xal toplayıb və 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak hüququ əldə edib.

Yarışda çıxış edən Azərbaycanın digər təmsilçiləri Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan cütlük Samanta Ritter və Daniel Brikalov isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d’Ampetso şəhərlərində keçiriləcək.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600