Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər

media-hightechnic-468x90

AFFA-nın təşkilatçılığı ilə Slovakiyada UEFA Pro kursunun 2-ci mərhələsi keçirilir.

Milli asossiyasidan Yenicag.az-a verilən məlumata görə, tədbirin təşkilində məqsəd Slovakiyada baş tutan 21 yaşadək milli komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarından analiz və müzakirələrin aparılmasıdır.

Təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və Ramin Quliyevin rəhbərliyi ilə keçirilən kursa 10 iştirakçı qatılıb. Bunlar Elnur Çodarov, Fərid Namazov, Elman Sultanov, Çudomir Çakarov, Rüstəm Məmmədov, Vaqif Cavadov, Rəşad Abdullayev, Aqil Nəbiyev, Aleksandr Qross və Zamir Həsənovdur.

Qeyd edək ki, Slovakiyanın Bratislava, Trnava, Nitra və Dunayska Streda şəhərlərində təşkil olunan Avropa çempionatı iyunun 28-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600