!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın gücləndirdiyi DƏHLİZ HƏMLƏSİ: “ABŞ İran variantına qarşı çıxırsa, o halda...”

!Reklam – Yazi

“Vaşinqtonla Bakı arasında “buz”lar tədricən əriyərsə, başqa alternativlər də gözdən keçirilə bilər”.

Bu fikirləri prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı son mövqeyini və qeyd olunan məsələ ətrafında yaranmış vəziyyəti dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.Politoloqun sözlərinə görə, mövcud şəraitdə Azərbaycan üçün vacib olan amil öz ərazisi ilə beynəlxalq daşımaların həyata keçirilməsidir:

“Prezidentin dünənki forumda Zəngəzur dəhlizi ilə bağlı çıxışından belə aydın oldu ki, Ermənistan üçün hələ də müəyyən şans var. Yəni Ermənistan üzərində düşən 42 kilometrlik dəmir yolunun inşasına başlasa, Azərbaycan bəzi məsələlərə yenidən baxa bilər. Ancaq bir şərtlə ki Azərbaycan ərazisindən Naxçıvana gedən yolda heç bir sərhəd yoxlaması və gömrük rüsumu olmamalıdır.

Çünki Paşinyan bununla bağlı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında öz üzərinə konkret öhdəlik götürüb. Ona görə də Ermənistan bu öhtəlikdən də irəli gələn məsələləri həll etməlidir. Beynəlxalq praktikada da belə bir analogiya mövcuddur. Rusiya ilə Kalininqrad arasında dəmir yolu vasitəsilə daşımalar yoxlamasız və gömrük rüsumu tətbiq edilmədən həyata keçirilir. Bu təcrübə hətta Brüsseldəki görüşdə də müzakirə edilib.

Hazırda Azərbaycan üçün vacib olan amil öz ərazisi ilə beynəlxalq daşımaların başlamasıdır. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfdən tamamlanma işləri demək olar ki, yekunlaşmaq üzrədir. Ancaq indiki şəraitdə İran üzərindən alternativ yolla da daşımalar təşkil oluna bilər. Lakin ABŞ bu varianta qarşı çıxdığını dərhal bəyan etdi. Azərbaycan Prezidenti də açıq dedi ki, buna razı deyilsinizsə, alternativ yolun gündəmə gəlməsinə səbəb olan Ermənistanı sıxışdırardınız.

Ermənistanın Rusiya ilə dəmir yolu bağlılığı yoxdur. Əvvəl Abxaziya üzərindən olub, o yol da bağlanıb. Türkiyə-Ermənistan sərhədi dı hələ ki bağlıdır. Dolayısı ilə o yol Ermənistana daha çox lazımdır. Prezidentin son bəyanatından və ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisinin Azərbaycana səfərindən aydın oldu ki, Vaşinqtonla Bakı arasında “buz”lar tədricən əriyərsə, başqa alternaivlər də gözdən keçirilə bilər. Ancaq o yol Ermənistan ərazisindən keçərsə, Azərbaycan üçün də daha rahat olar”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv