Azərbaycanın hərbi missiya ilə bağlı DƏYİŞMƏZ MÖVQEYİ: "Bakı öz vətəndaşını başqasının marağına qurban verməz"

media-hightechnic-468x90

“Azərbaycanın adı hərbi missiyada iştirak edəcək ölkələr arasında intensiv şəkildə müzakirə olunsa da, rəsmi Bakı bu variantdan imtina edib və mövqeyinin dəyişməz qaldığını açıq şəkildə nümayiş etdirib”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-img_3362

Ekspert Qəzza bölgəsinə bəzi ölkələrin hərbi qüvvə göndərmək qərarı fonunda Azərbaycanın bu prosesdən kənarda qalmasının strateji səbəblərini şərh edib. Politoloq bildirib ki, bölgədə HƏMAS ilə İsrail arasında silahlı qarşıdurmanın səngiməməsi Bakının əvvəlcədən verdiyi qərarın nə qədər əsaslı olduğunu sübut edir:

“Əgər tərəflər real və dayanıqlı atəşkəsə nail olsalar, həmçinin ərazidə təhlükə ehtimalı tamamilə aradan qalxsa, yalnız bu halda Azərbaycanın müəyyən formada iştirak imkanları nəzərdən keçirilə bilər. Bu iştirak isə ‘sülhə məcburetmə’ xarakterli əməliyyat deyil, ancaq konkret infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi çərçivəsində mümkün ola bilər”.

Asif Nərimanlı vurğulayıb ki, Azərbaycanın hərbi kontingent yerləşdirəcək dövlətlər siyahısında yer almaması dövlət xəttinin sabitliyindən xəbər verir:

“Dövlət başçısı İlham Əliyev də məsələ ilə bağlı qəti mövqe ifadə edərək vurğulamışdı ki, Azərbaycan başqa tərəflərin maraqları naminə öz vətəndaşlarının həyatını və sağlamlığını təhlükə altına atmaq niyyətində deyil. Bu, rəsmi Bakının milli təhlükəsizlik prioritetlərinə sadiqliyinin göstəricisidir”.

Politoloq Sülh Şurasının ilk toplantısında iştirak edən digər dövlətlərin mövqeyinə də toxunub:

“Toplantıda Qazaxıstan, İndoneziya, Mərakeş, Kosova və Albaniya kimi dövlətlərin Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduqları elan edilib. Bundan əlavə, Misir və İordaniya yerli polis qüvvələrinin hazırlanmasına dəstək verməyə razılıq veriblər. Lakin Azərbaycan bu variantdan imtina edərək öz prinsipial mövqeyini qoruyub saxlayıb”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05