Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralananlar var FOTO/VİDEO – YENİLƏNDİ

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Yenicag.az xəbər verir ki, səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

***

10:29

Azərbaycanın İrandakı səfirliyinə hücum olub.

Yenicag.az xəbər verir ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçi Orxan Əsgərov həlak olub.