Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlandı

media-hightechnic-468x90

Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) fəaliyyətindən gəlirləri bu ilin yanvar-sentyabr aylarında 2 milyard 71,837 milyon manat təşkil edib.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Bu ilin 9 ayında magistral qaz kəmərləri şəbəkəsindəki itkilər 16,9 % artaraq 34,6 milyon kubmetrə çatıb.

Qeyd edilib ki, bu dövrdə magistral qaz kəmərləri ilə 29 milyard 825 milyon kubmetr qaz (0,9 % çox) nəql edilib. Bununla belə, nəql edilən ümumi həcmin 57,5 %-i Cənubi Qafqaz Magistral Boru Kəmərinin payına düşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa