Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycanın məşhur boksçusu vəfat etdi

Reklam: High Technic

emin_srafilovAzərbaycanın məşhur boksçusu Emil İsrafilbəyov (Emil Baku) vəfat edib.

Bu barədə avropa çempionu Ağaəli Alışov məlumat yayıb.

O, boksçunun ölümü haqda məlumatı yaxın dəqiqələrdə aldığını qeyd edib.

Xatırladaq ki, Emil İsrafilbəyov beyin xərçəngindən əziyyət çəkirdi. Onun müalicəsi ilə bağlı ianə kampaniyaları təşkil olunmuş, idmançı dostu Ağaəli Alışov bu məqsədlə hətta çempionluq kəmərini də satışa çıxarmışdı.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçiblər.

www.yenicag.az

485