!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın neft strategiyasında yeni səhifənin başlanğıcı

!Reklam – Yazi

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.

Yenicag.az xəbər veirir ki, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud vaxtı 2050-ci ilədək uzadılan bu mühüm kontrakt barədə fikirlərini bizimlə bölüşdü:

– Əvvəla onu qeyd edim ki, bu kontrakt Azərbaycan neft strategiyasında yeni səhifənin başlanğıcı oldu. Bu saziş Azərbaycan iqtisadiyyatının gələcək inkişafının qarantı olaraq, yaxın tariximizə önəmli hadisə kimi həkk olundu. Prezident İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində geniş və məzmunlu çıxış etdi. Dövlət başçısının çıxışında xüsusilə bir məqam mənim diqqətmi cəlb etdi. Prezident bildirdi ki, ilk neft kontraktı imzanalananda Azərbaycan xəzinəsi boş və təhdidlər çox idi. Həmin vaxt iqtisadiyyatı yüksəltmək çox çətin və demək olar ki, mümkünsüz idi. O zaman Azərbaycanda siyasi intriqalar, Ermənistanla atəşkəsin yenicə imzalanması və o qədər etibarlı olmaması ehtimalı, eləcə də, ölkəmizin həddən ziyadə problemlərinin olması bir növ bu sazişin imzalanmasını çətinləşdirirdi. Çünki həmin vaxt Azərbaycan çox riskli bir yer sayılırdı. Lakin ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və siyasi müdrikliyi sayəsində ölkəmiz dünyada özünü etibarlı tərəfdaş kimi tanıda bildi.

Böyük liderimiz Heydər Əliyev özünəməxsus müdrikliklə xarici kapitalı Azərbaycana cəlb edə bildi və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. O dövrdə bu çox böyük tarixi nailiyyət idi. Ancaq 2017-ci ildə Azərbaycan artıq növbəti sazişin imzalanmasına tamam ayrı resurslar hesabına nail oldu. Birincisi, 14 il ərzində ölkəmizdə dinamik inkişafa nail olundu, sabitlik qorunub saxlanıldı, postneft dövrünə uyğun olaraq iqtisadiyyatın bütün sahələr üzrə inkişafı ilə bağlı konseptual yanaşma ortaya qoyuldu və ildən-ilə Azərbaycan qeyri-neft sektoru üzrə özünün istehsal imkanlarını artırdı. Bu proses indi də davam edir. Bu sahədə dövlət qurumları mütəmadi olaraq hesabatla çıxış edir və düşünürəm ki, postneft dövrüylə bağlı həyata keçirilən kompleks islahatların nəticəsini tezliklə görəcəyik.

Azərbaycan artıq böyük inkişaf yolu keçdiyi indiki şəraitdə bu kontraktı imzaladı. Belə desək, güclü və böyük reputasiyaya sahib olduğumuz bir dövrdə bunu imzaladıq. Əlbəttə, ötən 14 il ərzində bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin stabil əməkdaşlıq siyasəti sayəsində yiyələndik. O cəhətdən mən düşünürəm ki, gəldiyimiz bu yol, qazandığımız uğurlar bizə imkan yaradacaq ki, 2050-ci ilədək vaxtı uzadılan bu əhəmiyyətli neft sazişindən əldə etdiklərimiz daha böyük olsun.

Şübhəsiz ki, dövlətimizin məqsədi ilk növbədə əhalinin sosial rifah halının yüksəldilməsini təmin etməkdir. Əminik ki, yaxın illərdə həllini gözləyən digər problemlərimiz də aradan qaldırılacaq. Hesab edirəm ki, kontraktın şərtləri Azərbaycan üçün daha əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış “Əsrin müqaviləsi” layihəsi üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən, yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük iqtisadi əhəmiyyəti olacaqdır.

COP29

www.yenicag.az

1077
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv