!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəldi

!Reklam – Yazi

Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Yenicag.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb.

17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuka tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.

Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya “tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.

Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə “tuş”la uduzub.

www.yenicag.az

86
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv