Azərbaycanın Qəzzada yenidənqurma işlərində iştirakı mümkündür - DEPUTAT

media-hightechnic-468x90

“Prezident İlham Əliyevin Misirdə keçirilən “Yaxın Şərq Sülh Sammiti”nə dəvət edilməsi onun beynəlxalq münasibətlər sistemindəki və dünya liderləri arasında olan nüfuzundan xəbər verir”.

media-440076

Bu fikirləri Yenicag.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib.

O bildirib ki, dövlət başçısının tədbirə dəvət olunması, həm də ölkəmizin sülhpərvər siyasəti ilə bağlıdır:

“Prezident İlham Əliyev təcrübəsi ilə mürəkkəb coğrafiyada – Cənubi Qafqazda sülhün necə əldə olunmasının, dağıntıya məruz qalmış ərazilərin bərpasının nümunəsini yaradıb. Ona görə də Azərbaycan təkcə Cənubi Qafqazın regional aktoru kimi deyil, həm də Yaxın Şərq və Şimali Afrikada mühüm vəzifələri icra edən güclü dövlət kimi xarakterizə olunur. Dövlət başçısının Sammitə iki ölkənin – Misir və ABŞ liderləri tərəfindən dəvət olunması da bunun daha bir göstəricisidir”.

Millət vəkili Azərbaycanın gələcəkdə Qəzzanın dirçəldilməsində rol oynaya biləcəyini də qeyd edib:

“Biz Yaxın Şərqin aparıcı aktorları – Suriya, İsrail, Səudiyyə Ərəbistanı ilə mehriban əlaqələrə malikik. Bütün bunlar Qəzzada sülhün və iqtisadiyyatın bərpasında rol oynaya biləcəyimizdən xəbər verir. Necə ki, Suriyada müharibə bitən kimi əməkdaşlığı bərpa etdik və adıçəkilən ölkəyə qaz ixracına başladıq. Bu şəkildə Qəzzada da yenidənqurma işlərində iştirakımız mümkündür və qarşıdakı mərhələdə bunu görəcəyik. Bundan başqa, Yaxın Şərq ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi, o cümlədən İsrail–Azərbaycan münasibətlərində də yeni stimulun yaranması gözləniləndir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa