!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın qiymətli kağızlar bazarı kiçildi

!Reklam – Yazi

2022-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 15 milyard 563 milyon manatlıq əməliyyat aparılıb.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 7,8 % azdır.

İllik göstəricinin 8 311,9 milyon manatlıq hissəsi ilkin bazarda (0,5 % az), 7 milyard 251,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (15 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 11 018 əqd bağlanılıb. Bu, illik müqayisədə 12,3 % azdır. Əqdlərin 2 156-sı ilkin bazarın (20,2 % az), 8 862-si isə təkrar bazarın (10,2 % az) payına düşüb.

Yanvar-dekabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 milyard 312,8 milyon manatlıq hissəsi və yaxud 53,4 %-i dövlət qiymətli kağızlarının, 2 189,7 milyon manatlıq hissəsi və yaxud 14,1 %-i korporativ qiymətli kağızların, 5 milyard 060,5 milyon manatlıq hissəsi və yaxud 32,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 14,1% çox, 8,6 % və 29,7 % azdır.

Ötən il ərzində bu bazarda bağlanmış əqdlərin isə 2 506-sı və yaxud 22,7 %-i dövlət qiymətli kağızlarının, 4 400-ü və yaxud 39,9 %-i korporativ qiymətli kağızların, 4 112-si və yaxud 37,3 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 13,6 %çox, 27,6 % və 4 % azdır.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv