!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın qızıl yataqlarını talayan şirkətə SANKSİYA QOYULDU - FOTO

!Reklam – Yazi

ABŞ 30 il Azərbaycanın qızıl yataqlarını talayan Rusiyanın “GeoProMining” şirkətinə sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Netq” onlayn nəşri məlumat yayıb. Bildirilir ki, rəsmi Vaşinqton yeni anti-Rusiya sanksiyalar paketinə “GeoProMining” şirkətini də salıb.

“2024-cü il fevralın 23-də rəsmi Vaşinqton yeni anti-Rusiya sanksiyalar paketinin tətbiqini elan etdi. Paketə 500-dən çox fiziki və hüquqi şəxs daxildir. Qeyd edək ki, yeni paketin qəbulu Rusiya-Ukrayna müharibəsinin başlamasının ikinci ildönümü və rusiyalı müxalifətçi Aleksey Navalnının vəfatı ilə əlaqədar olub”, – nəşr yazıb.

Məhdudiyyətlər siyahısına Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəsi olan yüzlərlə şirkət daxil edilib.

Yeni sanksiyalar paketinə Rusiyanın “GeoproMining” mədən şirkəti də daxildir.

Rusiyanın “Geopproning” Şirkətlər Qrupunun Ermənistandakı aktivləri “Zəngəzur Mis-Molibden Kombinatı” QSC, “Sotk” qızıl yatağında fəaliyyət göstərən “Geopromining Gold” MMC, Ararat Qızıl Çıxarma Zavodu və “Aqarak Mis-Molibden Kombinatı” QSC-dir.

Ermənistanın “Geopromining Gold” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan bu sanksiyaların “Geopproning” şirkətlər qrupunun Ermənistandakı aktivlərinə necə təsir göstərə biləcəyi ilə bağlı narahatlığını bildirib.

Qeyd edək ki, ermənilərin ələ keçirdiyi yerlərdə 112 ton qızıl olduğu bildirilir.
Yataqların 99 faizi Rusiyanın “GeoProMining Gold” şirkətinin nəzarətindədir.

Rusiya şirkəti beynəlxalq qanunları kobudcasına pozub. Çünki “GeoProMining Gold” Azərbaycan torpaqlarında fəaliyyət göstərir.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra “Zod” yatağının bir hissəsində şirkət işini dayandırsa da, digər hissədə fəaliyyətini davam etdirir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv