Azərbaycanın rayonlarına qar yağdı - Yenilənib
Daşkəsən rayonuna qar yağıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un Qərb bürosu məlumat yayıb, qar əsasən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə və Astaf kimi ucqar kəndlərinə yağıb.
Burada qarın hündürlüyü təxminən 5-6 santimetrə çatır.
İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb.
***
Gədəbəy rayonuna qar yağıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un Qərb bürosu məlumat yayıb, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.
Qeyd edək ki, rayon mərkəzində qarın hündürlüyü təxminən 10 santimetrə çatır. Rayonunun digər ucqar kəndlərində qarın hündürlüyü daha artıqdır.
Qarın yağması yollarda heç bir çətinlik yaratmayıb.












