Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın rəsmi pul bazası nə qədər artıb?

Cari ilin fevral ayında Azərbaycanın rəsmi pul bazasında əsaslı artım müşahidə olunub.

Yenicag.az Mərkəzi Bankın yaydığı aylıq hesabata istinadən xəbər verir ki, bu dövrdə pul bazasının həcmi ümumilikdə 14 milyard 148 milyon manatdan artıq olub.

Ötən ilin müvafiq dövründə isə bu baza 13 milyard 348 milyon manatdan çox olub. Hesablamalar göstərir ki, bir il ərzində pul ehtiyatlarında 800 milyon manat və ya 5,6 fazidən çox artım baş verib.

Cari dövrdə qeyd edilən həcmin 12 milyard 863 milyon manatı əsas bazaya aid olub. Bunun da 11 milyard 438 milyon manatı dövriyyədə olan nağd vəsaitlər, 2 milyard 702 milyon manatı isə müxbir hesabları olub.

Qeyd edək ki, ötən dövrdə bu bazanın həcmi 12 milyard 112 milyon manatdan bir qədər çox olub ki, bu da bir il ərzində 750 milyon 700 min manatdan çox artımın baş verdiyini göstərir.

Loading...

www.yenicag.az

110
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100